Jac pick up-ları 2019-cu ildən bəri ixracat həcmini 26% artırıb

2019-cu ildə JAC, satışları hər il 26% artaraq təxminən 6000 pick-up ixrac edib və bununla da Çin pick up bazarında ilk 3-ə daxil olmağı bacarıb. Bunun başlıca səbəblərindən biri Latın amerikasında yeni ölkələrə ixrac olunmasıdır. Beləki, hal-hazırda JAC Motors, Cənubi Amerika, Afrika, Orta Şərq, Cənub-Şərqi Asiya, Orta Asiya və Şərqi Avropada 130-dan çox ölkə və bölgəni əhatə edən paya sahibdir. Markanın ənənəvi üstünlüklüləri əsas bazarları birləşdirərək genişləndirmək və strateji olaraq inkişaf etməkdə olan bazarlara aktiv satışı həyəta keçirməyə fokuslanıb. Bununla da marka pick up satışı üzrə bütün seqmentlərdə yaxşı nəticələr əldə edir.

Meksika, Çili, Ekvador, Kolumbiya, Venesuela və Boliviya bazarı da daxil olmaqla bir çox ölkədə yüksək rəğbət görən marka T8 modelini daha da inikişaf etdirmək niyyətindədir. Belə ki, T8 pick up – nın ardınca pro versiyası və T9 modellərinin istehsalı avtomobillin dizayn və texniki göstəricilər baxımından daha rəqəbət qabiliyyətli marka halına gətirəcəkdir.