HAQQIMIZDA

JAC SİZİNLƏDİR

0
QİTƏDƏ
0
ŞƏHƏRDƏ​
100
ÖLKƏDƏ​

JAC, 1964-cü ildə Hefei Jianghuai Avtomobil Zavodu olaraq quruldu. Şirkətin adı 1997-ci ildə Anhui Jianghuai Automobile Co., Ltd. olaraq dəyişdirildi.

JAC tarixən yalnız Jianghu (undei) markası altında ticarət yük maşınları bundan əlavə MPV və SUV istehsal etmişdir. 2007-ci ilədək şirkət minik avtomobili istehsalı üçün hökumət tərəfindən təsdiq almış, lakin yük maşını istehsalçısı olaraq adlandırılmışdır. 2007-ci ildə minik avtomobili lisenziyası əldə edilməzdən əvvəl, JAC 2000-ci illərin əvvəllərində Hyundai Motor Company ilə məhsul xəttini genişləndirmək üçün əməkdaşlıq etməyə başladı. 2003-2007 -ci illərdə Hyundai MPV-lərini istehsal etməyə başladı.

JAC, Çin avtomobil bazarında 2012-ci ildə 445.000-dən çox avtomobil satışı həyata keçirdi. 2013-cü ildə isə 458.500 — dən çox avtomobil satışı həyata keçirərək Çin üzrə 8 — ci yerə qalxdı.

2016-cı ildə JAC, vasitələrini İtaliyaya ixrac etmək üçün DR Automobiles ilə müqavilə bağladı. Çin istehsalı olan JAC modelləri, DR tərəfindən Avropa təhlükəsizlik və çirklənməyə qarşı qaydalara uyğun olaraq yenidən təsdiqlənəcək və DR adı altında istehsal olunacaq. İtaliyaya idxal olunan ilk avtomobillər DR4 adını alan JAC Refine S3 və DR Evo Electric olaraq satılan JAC iEV40 olacaq.

2017-ci ildə JAC Motors və Volkswagen Qrupu, SEAT markası ilə Çin bazarı üçün elektrikli avtomobillər istehsal etmək üçün ortaq bir müəssisə yaratdı bununla da şirkət gələcək perspektivi üçün böyük addım atmış oldu.

2020-ci ildə Volkswagen Group, Volkswagen (Çin) İnvestisiya A.Ş. ilə Anhui Əyaləti Hökuməti arasında Volkswagen Qrupunun Jac-Volkswagen ortaq müəssisəsindəki payının 50% -dən 75% -ə qədər artırılması barəsində müqavilə imzaladı.

JAC bir Çin markasıdır. JAC avtomobillərinin Azərbaycandakı yeganə və rəsmi distrubutoru Performance Center şirkətidir.